Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) bu il 2,5 %, 2022-ci ildə isə 3,3 % böyüyəcək.
“Report” xəbər verir ki, bu barədə “Fitch Solutions” şirkətinin hesabatında deyilir.
Məlumatda bildirilir ki, kontinental Avropada davam edən iqtisadi canlanma, neft və qaza davamlı tələbatı nəzərə alsaq, 2021-2022-ci illərdə Azərbaycanın xarici sektoruna dəstək verməyə kömək edəcək.
“COVID-19 pandemiyası səbəbi ilə daxili tələb daha yavaş bərpa olunacaq”, – hesabatda deyilir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar- avqust aylarında Azərbaycan iqtisadiyyatı illik 3,6 % böyüyüb.
Qeyd edək ki, 2020-ci ildə ÜDM-nin 28,4 %-ni təşkil edən neft və qaz sektoru, qeyri-neft və qaz sektorunun əlavə dəyərdəki 5,7 % artması ilə müqayisədə 1,2 % azalaraq, mənfi tendensiyasının davam etdirib.