Bakıda aprelin 28-30-da baş tutacaq “Formula 1” Azərbaycan qran-prisinin təhlükəsiz şəkildə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu gün ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.
Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.