İyunun 4-də “Red Bull” komandasından hollandiyalı Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının yeddinci turu olan İspaniya Qran-Prisinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, ikinci yeri “Mercedes”in britaniyalı pilotu Luis Hamilton, üçüncü yeri onun həmyerlisi və komanda yoldaşı Corc Rassel tamamlayıb. Aprel ayından bəri ilk dəfə Hamilton podiuma qalxmağı bacarıb. O əvvəlki dəfə Avstraliya Qran-Prisində ikinci oldu, daha sonra Ferstappen qələbə qazandı.
Verstappen cari çempionatda 5-ci qələbəsini qazanıb və 170 xalla şəxsi hesabda liderliyini davam etdirir. İkinci pillədə hollandiyalının komanda yoldaşı, meksikalı Serxio Peres (117), ilk üçlüyü isə Aston Martin komandasından olan ispan Fernando Alonso (99) qapayır.
Barselona 1991-ci ildən dünya çempionatı mərhələsinə ev sahibliyi edir. İspaniya Qran Prisində qələbələrin sayına görə rekordçular yeddiqat dünya çempionları almaniyalı Mixael Şumaxer və Hamiltondur, onların hər birinin altı qələbəsi var. İspaniyada aktiv pilotlar arasında Verstappen (2016, 2022) və Alonso (2006, 2013) də qalib gəlib.