Gələn il “Formula 1” üzrə Azərbaycan Qran-prisi iyunun 7-də keçiriləcək.
Türk.az-ın məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
“Hələ “Formula 1″in yeni təqvimi açıqlanmayıb. Amma böyük ehtimalla, bu yarışın 2020-ci il iyunun 5 – 7-də keçirilməsi təsdiqlənəcək”, nazir bildirib.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi son 3 ildə aprelin ortalarında keçirilib.