Formula 1 üzrə Bəhreyn Qran-Prisinin seçmə mərhələsinin qalibi məlum olub

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – Bəhreyn Qran-Prisinin seçmə mərhələsinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, Yarış Saxır avtodromunda keçirilib.

İkinci yeri “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel tutub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü olan moneqasklı Şarl Lekler tamamlayıb. İkinci təsnifat sessiyası zamanı “Haas” komandasının fransalı pilotu Esteban Okon qəzaya düşüb.

ƏvvəlkiAzərbaycan və Türkiyə müdafiə nazirləri hərbi əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər
NövbətiAntalya Forumunda Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər müzakirə olunub