Bakıda “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinə start verilib.
“Report” xəbər verir ki, öncə “Formula 2” üzrə sərbəst yürüş keçirilib. Məşhur pilotların avtoqraf sesiyasından sonra “Formula 1” üzrə sərbəst yürüşlərə başlanılıb.
“Williams” komandasının pilotu Corc Rassell birinci sərbəst yürüş zamanı qəza törədib. Onun bolidinin alt hissəsi drenaj lyukuna ilişib və daha sonra sərbəst yürüşlər dayandırılıb.