Fransa Prezidenti Emmanüel Makron Ukraynadakı vəziyyətlə bağlı Yelisey sarayında Müdafiə Şurasının təcili iclasını çağırıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Yelisey sarayı məlumat yayıb. Bildirilib ki, bazar ertəsi fevralın 21-də Fransa Prezidentinin rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski, eləcə də Almaniyanın kansleri Olaf Şolz və Avropa İttifaqının rəhbərləri Şarl Mişel və Ursula Von der Leyenlə telefon danışıqları olub. Danışıqlardan sonra Prezident Emmanüel Makron yerli vaxtla saat 19:00-da Müdafiə və Milli Təhlükəsizlik Şurasının təcili iclasının çağırıb. Yelisey sarayı Fransa Prezidentinin bu axşam digər danışıqlarının da gözlənildiyini bildirib.