Fransa SCALP qanadlı raketlərini Ukraynaya təhvil verib.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, silahlar artıq Ukraynadadır.
Qeyd edək ki, bu gün Fransa Prezidenti Emmanuel Makron Ukraynaya uzaqmənzilli raketlərin veriləcəyini də bildirmişdi.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.