Azərbaycan ərazilərində olan Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni birləşmələrinə qarşı lokal antirerror tədbirlər görüb. Üçtərəfli Bəyanatın imzalanmasından 3 il keçməsinə baxmayaraq, Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Bəyanata əsasən, Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmalı idi. Ancaq 10 min erməni hərbiçisi hələ də Azərbaycanın suveren ərzilərində qalmışdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın TV5MONDE televiziya kanalına müsahibəsi zamanı səfir Leyla Abdullayeva söyləyib.
Aparıcının “hücum”, “hərbi əməliyyat” sözlərinin düzgün olmadığını bildirdən diplomat Azərbaycanın yalnız lokal xarakterli antiterror tədbirləri gördüyünü vurğulayıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər, hərbi qulluqçular həlak olub və yaralanıb. Eləcə də separatçıların törətdikləri digər təxribatlar Azərbaycanı lokal antiterror tədbirləri görməyə məcbur edib.
“Qarabağdakı separatçı rejim “humanitar məsələ”ni siyasiləşdirir. Azərbaycan Qarabağda yaşayan ermənilərə ərzaq çatdırılması üçün bir neçə marşrut təklif edib. Ancaq separatçılar Ağdam-Xankəndi yolun bağlayaraq bundan siyasi məqsədlər üçün istifadə ediblər”, – deyə L. Abdullayeva aparıcının “humanitar məsələ” ilə bağlı sualını cavablandırarkən deyib.
Diplomat bildirib ki, işğal dövründə və ondan sonra Azərbaycanda 30 minə qədər erməni yaşayır. Onlar Azərbaycan vətəndaşlarıdır və bütün digər vətəndaşlarla eyni hüquqlara malikdirlər.
L. Abdullayeva qeyd edib ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bütün beynəlxalq ictimaiyyət təsdiqləyir. Azərbaycan öz suveren ərazisində lokal antiterror tədbirlər görüb.