Ötən il Fransanın Qaçqınlar üzrə Milli Məhkəməsinə (CNDA) işlərinə yenidən baxılması üçün müraciət edən azərbaycanlı mühacirlərin sayı 2018-ci ilə nisbətən 34 faiz az olub.
Türk.az xəbər verir ki, bu, Fransanın Qaçqınlar üzrə İdarəsinin sığınacaq müraciətlərinə mənfi cavab verməsindən sonra olub.
Belə ki, 2018-ci ildə 250 nəfər, 2019-cu ildə isə yalnız 164 azərbaycanlı mühacir məhkəməyə müraciət edib.
Qeyd edək ki, 2015-ci ildən Fransanın Qaçqınlar üzrə Milli Məhkəməsinə işlərinə yenidən baxılması üçün müraciət edən azərbaycanlı mühacirlərin sayı azalmaqda davam edib. Belə ki, məhkəməyə müraciət edən azərbaycanlıların sayı 2015-ci ildə ötən ilə nisbətən 15,5 faiz, 2016-ci ildə 12.8 faiz, 2017-ci ildə 28,3 faiz, 2018-ci ildə isə 17,8 faiz azalıb.
Xatırladaq ki, 2015-ci ildə 486 azərbaycanlı mühacir məhkəməyə müraciət etmişdi.