Fransada parlament seçkilərinin 2-ci turunun ilkin nəticələri açıqlanıb və 54 faiz seçicinin bitərəf qaldığı bildirilir.
AZƏRTAC xəbər verir ki, Fransada parlament seçkilərinin 2-ci turunda seçicilər 1148 namizəd arasından növbəti 5 il üçün Milli Assambleyanın 577 deputatını seçiblər.
Seçkilərin ilkin nəticələrinə görə, heç bir siyasi partiya səslərin mütləq əksəriyyətini qazana bilməyib. “Ensemble” koalisiyası Milli Assambleyanın 577 kreslosundan 224-nə, “NUPES” koalisiyası 149-na, “Milli Birlik” partiyası 89-na, “sağlar”ın isə 78 kresloya yiyələndiyi ehtimal olunur.