Roma Papası Fransiskin nəşi müqəddəs Pyotr kilsəsində aprelin 23-ü səhər saatlarında vida üçün qoyula bilər.
“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni bildirib.
“Müqəddəs Atanın meyitinin Vatikan bazilikinə köçürülməsi sabah ilk Kardinallar Konqreqasiyasından sonra müəyyən olunacaq “, – o qeyd edib.