Füzuli rayonunda sursat partlayıb, xəsarət alan var

Füzuli rayonunda sursat partlayışı baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, hadisə işğaldan azad edilmiş Zərgər kəndində qeydə alınıb. “Füzuli rayon kənd sakini, tikinti işlərinə cəlb edilmiş 1978-ci il təvəllüdlü Aslanov Racu Murad oğlu mina və digər partlayıcı sursatlardan təmizlənməmiş ərazidə baş verən sursat partlayışı nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Həyati təhlükəsi yoxdur. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, -deyə qeyd olunub.

ƏvvəlkiKiçik Kennedi prezident seçkilərində Trampı dəstəkləyəcək
NövbətiAzərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb