Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun Dövlətyarlı kəndində ikinci “ağıllı kənd”in layihələndirilməsi gedir.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, burada da çox önəmli iş yerləri yaradılacaq.
“Əslində, bu kəndin Zəngilanın Ağalı kəndindən daha böyük olacağı gözlənilir. 1500-ə yaxın evdən ibarət bir kənddir. Layihə başa çatdıqdan sonra onun icrası ilə bağlı müvafiq tender elan olunacaq. Biz cəmiyyəti bu barədə vaxtlı-vaxtında məlumatlandıracağıq”, – E.Hüseynov qeyd edib.