Ölkəmiz bu il Yaponiyanın Tsukuba şəhərində təşkil olunan 30-cu Beynəlxalq İnformatika Olimpiadasında (IOI) təmsil olunur.
Gələn il isə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə ilk dəfə təşkil ediləcək yarış ADA Universitetində keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin və “Azercell” şirkətinin dəstəyi ilə komandamız Bakıda – Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Respublikada Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində uzunmüddətli hazırlıq və məşq prosesindən keçiblər.
Bu il yarışlarda 85 ölkədən 340 nəfər şagird iştirak edir.
Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi 4 şagird və 2 müəllimdən ibarət rəsmi nümayəndə heyəti təmsil edir. Şagirdlər müxtəlif yaş qrupları üzrə bölünərək yarışacaq.
Beynəlxalq İnformatika Olimpiadası dünyanın ən yaxşı 5 elm olimpiadalarından hesab olunur.
Azərbaycan 1994-cü ildən bu yarışların iştirakçısıdır.
Məlumat üçün qeyd edək ki, bu günə qədər yarışda Azərbaycandan 55 məktəbli iştirak edib və 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.