2019-cu ilin fevral ayından ixrac əməliyyatlarında yeni sistem tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Xarici Ticarət İştirakçılarının Forumu: “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi” adlı tədbirdə deyib.
O bildirib ki, sahibkarla məmur təmasını minimuma endirmək, şəffaflığın təmini məqsədilə idxal-ixrac əməliyyatlarında yeni sistem tətbiq ediləcək. Gələn ilin fevral ayının 1-dən sahibkarlar öz ofislərində oturaraq heç bir gömrük məmuru ilə təmasda olmadan ixrac əməliyyatlarını həyata keçirə biləcək. Bununla da sahibkarlar “Yaşıl dəhliz” sistemindən istifadə edə, daha da şəffaf şəkildə mallarını ixrac edə biləcəklər.