AZƏRTAC xəbər verir ki, toy mərasimi Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Sahibkar Qadınlar” İB və “Gəncə İş Adamları” İB-in təşkilatçılığı ilə reallaşıb.
Günay Vəliyeva şadlıq sarayına Gəncə Uşaq Evindən yola salınıb. O, Şəmkir rayon sakini Tural Vəliyevlə ailə həyatı qurub.
Toy mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Gənc cütlüyə ən xoş arzularını çatdıran Niyazi Bayramov, onlara toy hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Günay Vəliyeva Samux rayonunda dövlət tərəfindən birotaqlı evlə təmin edilib.