Prezident İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanların evdən çıxmaq imkanı olmadığından Gəncədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə tənhalara, ahıl vətəndaşlara yardım paylanılıb, onlara sosial xidmətlər göstərilib
Məqsəd risk qrupuna daxil olan vətəndaşların evdə qalmalarına nail olmaq və beləliklə onların mümkün olduğu qədər virusa qarşı qorumaqdır. Bunun üçün ahıl vətəndaşlara içərisində gündəlik istifadə olunan ərzaq məhsulları və tibbi ləvazimatlar olan yardım bağlamaları çatdırılıb.
Gəncənin Nizami və Kəpəz rayonları üzrə həyata kecirilən aksiyada sovqatların vətəndaşlara catdirilmasinda həmişə oldugu kimi YAP Gəncə şəhər təşkilatının fəalları yaxindan iştirak ediblər. Gənclər ahıl və xüsusi qaygıya ehtiyacı olan vətəndaşlara yardımların catdırılması ilə yanaşı onların səhhətləri və qayğıları ilə də yaxından maraqlanıblar.
Qeyd edək ki, YAP-ın fəallarının bu qəbildən olan tənha yaşayan sakinlərə yardımları, sosial xidmətləri xüsusi karantin rejimi başa çatanadək muütəmadi olaraq davam edəcək.