Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Türk.az-ın Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 35 yaşlı Ramin İmanovu avtomobil vurub. Sürücü yaralını xəstəxanaya aparıb.
R.İmanovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.