Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları fərdi yaşayış evlərinin birində gizli fəaliyyət göstərən repetitor kursu aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər sakini Aqil Muxtarovun təşkil etdiyi hazırlıq məşğələsi dərhal polis əməkdaşları tərəfindən dayandırılıb, uşaqlar ailələrinə təhvil verilib. Valideynlərə övladlarına qarşı məsuliyyətli olmaları, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirmələrinin vacibliyi barədə xəbərdarlıq edilib. A.Muxtarov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib və o, 400 manat məbləğində cərimələnib.