Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.
“Report”un Qərb bürosu xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.
Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.