Gəncədə 8 Noyabr – Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir.
“Report”un Qərb bürosunun məlumatına görə, yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayıb və Heydər Əliyev prospektindəki Mərkəzi Meydanda tamamlanacaq.
Qeyd edək ki, bu gün Gəncədə Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçiriləcək. Zəfər yürüşü başa çatandan sonra Heydər Əliyev Mərkəzində “Tariximizin Zəfər salnaməsi” adlı dəyirmi masa və Heydər Əliyev Park-Xiyaban Kompleksində ağacəkmə aksiyası keçiriləcək.
Axşam saatlarında isə Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında bayram konserti və atəşfəşanlıq olacaq.