Gənclər təşkilatı regionlarda tədbirlərini davam etdirir

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 23 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə İsmayıllı rayonunda “Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı tədbir keçirmişdir. “İsmayıllı rayon uşaq və ailələrə dəstək mərkəzi”-ində keçirilən tədbirdə rayon gəncləri və rayon ziyalıları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə mərkəzin drektoru Lətifə Əliyeva açaraq qonaqları salamladı və QHT- lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə bu kimi maarifləndirici mövzuları dəstəklədiyinə görə təşəkkürüni bildirdi. Layihənin rəhbəri Tələt Qəribov narkomaniyanın yayılma səbəbləri, onun bizim ətrafımızdakı qonşu dövlətlərin məkrli bir planı olduğunu deyd etdi. Bəzi insanlar asan qazanc əldə etmək üşün narkotiklərin qanunsuz dövrüyəsi ilə məşğul olurlar ki, sonda da gənclərimiz həbsxanalara düşürlər. Narkomaniya cinayıt hallarının çoxalmasına , ailələrin dağılmasına, xəstə uşaqların doğulmasına, avto qəzaların çoxalmasına, ailədaxili cinayətlərin baş verməsinə və s. kimi neqati halların baş verməsinə səbəb olur. Rayonun ziyalılarından olan Şahmməmməd Sultanov narkotik kimi bəlanın bütün regionlarda yayıldığını vurğuladı.

“Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı tədbir

Rayon xəstəxanasının narkolok həkimi Mahir Azayev bu sahədə görülən işlərdən danışdı, xətəxanada rəsmi qeydiyyatda olan narkomanların sayını qeyd etdi və göstərdi ki, qeydiyyata düşməyən narkomanlar da vardır. Həqiqətən turizm zonası hesab olunan bir rayon üçün bu statistika heç də ürək açan deyildir.

“Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı tədbir

Rayon İcra hakimiyyətinin hüquqşünası Rasim Pənahov və İcra Halimiyyətinin məsul əməkdaşı Nəsimi Temirov bu sahədə rayonda görülən tədbirlərdən geniş məlumat verdilər. Tədbir çay süfrəsi ətrafında geniş müzakirələrdən sonra başa çatmışdır.

ƏvvəlkiAğcabədi taxılçıları zəmilərdən 145 min tona yaxın məhsul toplayıblar
NövbətiPrezident Administrasiyasının rəhbəri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb