G7 ölkələri Ukraynaya 50 milyard dollar məbləğində kredit verilməsinə dair razılığa gəliblər

İyulun 13-15-də İtaliyanın Borqo Eqnazia şəhərində “Böyük yeddilik” (G7) ölkələrinin sammiti keçirilir.

AZƏRTAC-ın məlumatına görə, Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi sammitin əsas müzakirə mövzularındandır. Sammitdə ABŞ Prezidenti Co Bayden də iştirak edir. Sammit çərçivəsində bu gün G7 ölkələrinin liderləri Ukraynaya 50 milyard dollar məbləğində kredit verilməsinə dair razılığa gəliblər. Kreditin Ukraynanın silah alması, infrastrukturu bərpa etməsi və digər təcili maliyyə ehtiyaclarını ödəməsi üçün ayrılması panlaşdırılır. Həmçinin kreditin Avropa Banklarında dondurulmuş 300 milyard dollara yaxın Rusiya aktivlərindən əldə olunan faizlər hesabına ödənilməsi nəzərdə tutulur.

ƏvvəlkiPrezidentin köməkçisi Hikmət Hacıyev Brüsseldə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib və bir sıra görüşlər keçirib
NövbətiSOCAR ilə “Baker Hughes” şirkəti arasında Əməkdaşlıq Sazişi imzalanıb