Dövlət Gömrük Komitəsinin Akademiyasında Türk Standartları İnstitutu (TSE) tərəfindən keçirilən ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin mühafizəsi” təlimlərini uğurla başa vuran əməkdaşlara sertifikatlar təqdim olunub.
Daha öncə elan edildiyi kimi, Dövlət Gömrük Komitəsinin Akademiyasında əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin ISO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə struktur bölmələrin əməkdaşları üçün ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin mühafizəsi” təlimləri təşkil olunmuşdur. Təlimlər Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçiliyi ilə əməkdaşlıq çərçivəsində TSE-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu tərəfindən keçirilmişdir.
Təlimləri uğurla bitirən Akademiya əməkdaşlarına ISO 45001:2018 standartı üzrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Gömrük Akademiyası bir neçə gün öncə ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi” standartı üzrə 2 gün ərzində davam edən sertifikatlaşdırma auditi prosesindən də uğurla keçmişdir.