Müraciətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevcənablarına
Goranboy rayon Qızılhacılı qəsəbə sakinləri tərəfindən
ŞİKAYƏT
Hörmətli cənab prezident yazıb sizə Goranboy rayon rəhbərliyi tərəfindən Qızılhacılı qəsəbə bələdiyyəsini illərdir soyub-talayırlar belə ki, Goranboyun keçmiş rüşvətxor icra başçısı Nizaməddin Quliyev və onun hal hazırda Goranboyda yüksək vəzifə tutan klanı rayonu və Qızılhacılı bələdiyyəsini soyub-talayır. Azərbaycanda gedən geniş quruculuq işlərindən Qızılhacılı bələdiyyəsinə ayrılan vəsait bu xəyənətkar məmurların fəaliyyəti nəticəsində mənimsənilmiş nəticə olaraq qəsəbəmiz inkişafdan geri qalmışdır.Bələdiyyə büdcəsinə toplanan vergilər dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi az imiş kimi aqrar islahat komissiyası tərəfindən əhali üçün ayrılmış asudə örüş sahələri,parklar, idman meydançaları , bağlar,meşə zolaqları,su tutarları,zibil tökülməsi üçün nəzərdə tutulan ərazi və elat yolları bir qrup tərəfindən qanunsuz olaraq zəbt edilmiş və bunun nəticəsi olaraq əhali nəyin ki,mal-qarasını otarmağa yer tapmır,hətta içməli su üzünə həsrət qalıb.Bütün bu halllar rayon icra başçısı Məhərrəm Quliyevin,işi bələdiyyələrə nəzarət olan Gəncə Regional ədliyyə idarəsinin rəisi Kəmaləddin Həsənovun gözü qarşısında və nəzarəti altında baş verir.Xüsusi olaraq onu qeyd etmək istəyirik ki,12 mindən artıq əhalisi olan Qızılhacılı qəsəbəsini əvvəllər içməli su ilə təmin edən su kəmərləri sökülüb satılıb,əhali isə susuz qalıb bütün bunların nəticəsi olaraq Qızılhacılı bələdiyyəsinə yeni seçkilərdə sədr olaraq seçilmiş Mehman İsayev bələdiyyə sədri kimi fəaliyyət göstərilməsinə imkan verilməmiş keçmiş bələdiyyə sədrləri tərəfindən talanıb- soyulmuş heç bir sənədi olmayan,ancaq ayağında on minlərlə manat yeyinti olan bələdiyyəni təhvil almaqdan imtina edərək cəmi on gündən sonra ərizə yazaraq işindən ayrılmışdır.Hörmətli cənab prezident yazdıqlarımız bütün bu faktlar işin qısa təfsilatıdır.sizdən tədbir görmənizi xahiş edirik.