31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Göyçay rayonunda anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Göyçay şəhər Şəhidlər xiyabanı ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Abidə Kompleksini, daha sonra Bığır kəndinin ərazisində yerləşən soyqırımı abidəsini və türk əsgərlərinin məzarlarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə soyqırımı qurbanlarının və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.