Göygöldə zəlzələ olub

Sentyabrın 8-də Göygöl şəhərində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 10:25-də qeydə alınan yeraltı təkanların ocağı 14 kilometr dərinlikdə yerləşib.

Tovuz stansiyasından 29 kilometr şimal-şərqdə baş verən zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.

ƏvvəlkiDünya Köçəri Oyunları: Astanada etnoaul qapılarını açdı
NövbətiElm və təhsil naziri: Yeni tədris ilində “Ümumi türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” kitabları tədris ediləcək