GUAM ölkələri 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.
“Report” xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.
Qeyd edək ki, GUAM – Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat 1997-ci ildə yaradılıb.
Hazırda təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir. 1999-cu ildən 2005-ci ilədək Özbəkistan da təşkilatın üzvü olub. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlib.