Əlverişsiz hava şəraiti Almaniya yollarında nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb. Ayrı-ayrı federal əyalətlərdə qar örtüyünün qalınlığı yarım metrə çatıb.
AZƏRTAC xəbər verir ki, Bavariyada, Saksoniyada və Baden-Vürtemberqdə qırmızı təhlükə səviyyəsi elan edilib. Sinoptiklərin məlumatına görə, həftəsonu şaxta güclənəcək, yollar buz bağlayacaq. Sakinlərə evdən çıxmamaq tövsiyə olunub.