Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 128 cinayət faktı qeydə alınmış, onların da 16-sı “isti izlər”lə açılmışdır. Bu barədə Türk.az DİN mətbuat xidmətinə istinadən xəbər verir. O cümlədən, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 10 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.