Gürcüstanın Estoniya, İsrail, Moldova və Küveytdəki səfirləri geri çağırılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze qərar qəbul edib.
Dörd səfirin işdən azad olunması ilə bağlı hökumət başçısı ölkə Prezidenti Salome Zurabişviliyə müraciət edib.
Müraciətə əsasən, Gürcüstanın Estoniyadakı səfiri bu ilin iyunun 1-dən, İsrail və Küveytdəki səfirləri bu ilin iyulun 1-dən, Moldovadakı səfiri isə 2020-ci ilin yanvarın 1-dən etibarən tutduqları vəzifələrdən azad olunacaqlar.