Gürcüstan parlamentinin binasının qarşısında etiraz aksiyası keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edirlər.
Etirazçılar G.Qaxarianın baş nazir təyin olunmasını qəbuledilməz sayırlar. Onların sözlərinə görə, G.Qaxaria iyunun 20-21-də Tbilisidə baş verən hadisələrə görə məsuliyyət daşıyır və o, baş nazir təyin oluna bilməz.
Aksiya iştirakçıları qanunverici orqanın giriş qapılarında “utanc dəhliz”ləri yaradıblar.
Aksiyaya müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvləri də qoşulublar.
Bu gün Gürcüstan parlamentinin payız sessiyasının ilk iclası keçiriləcək. Qanunverici orqanın büro iclasında hökumət dəyişiklikləri müzakirə olunacaq. VMHP-dən olan deputatlar büro iclasını boykot ediblər.