“Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və birgə tarixi əhəmiyyətli layihələr həyata keçirirlər”.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu ölkənin baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə deyib.
Hökumət başçısı Azərbaycana rəsmi səfəri çərçivəsində müzakirə olunacaq məsələlərə də toxunub.
“Biz regional əməkdaşlıq sahəsində yeni əhəmiyyətli istiqamətləri, həmçinin ticari münasibətlərin daha da dərinləşdirilməsi və artırılması üçün yeni təşəbbüsləri nəzərdən keçirəcəyik. Bu, son nəticədə Gürcüstanın iqtisadi inkişafına və ölkənin regional haba çevrilməsinə müsbət təsir göstərəcək”, – deyə baş nazir bildirib.
Qeyd edək ki, M. Baxtadze avqustun 30-da Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində qonşu ölkənin hökumət başçısı baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.