Gürcüstan xüsusi təyinatlıları parlamentin qapısı qarşısında etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
“Report” xəbər verir ki, bu barədə Gürcüstanın yerli telekanalları məlumat yayıb.
Etirazçılar metal hasarları yarmağa çalışaraq qanunverici orqanın binasının darvazalarına yaxınlaşıb. Təhlükəsizlik qüvvələri parlamentin həyətindən su şırnaqları ilə onları qovmağa çalışıb.