Dekabrın 4-də Gürcüstan ərazisində iki dəfə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilir ki, dekabrın 4-də saat 18:36-da qeydə alınan zəlzələ Gürcüstanın qərbində dağlıq Svaneti bölgəsində, Mestiya rayonu yaxınlığında baş verib.
Yeraltı təkanlar 3,6 bal gücündə olub.
Daha bir zəlzələ azərbaycanlılar yaşayan Kvemo-Kartli (Borçalı) bölgəsinin Dmanisi Bələdiyyəsinin Sameba kəndi yaxınlığında qeydə alınıb.
Zəlzələ Tbilisi vaxtı ilə saat 14:01-də, 3,1 bal gücündə olub.
Dağıntı və tələfat barədə məlumat verilmir.