Gürcüstanda üç italiyalı turist ölüb

Gürcüstanın Tetnuldi dağ kurortunda qar uçqunu nəticəsində üç italiyalı turist ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, İtaliyadan olan 10 turistdən ibarət qrup qadağan olunan zonada hərəkət ediblər.

Əcnəbilərin altısı qar uçqununa düşüb və onların yalnız üçünün həyatını xilas etmək mümkün olub. Xilas olunanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

ƏvvəlkiKirayə mənzillər üzrə 3498 nəfər müraciət göndərib
NövbətiErmənilər ayağa qalxdı: Qarabağda “Azərbaycanı istəyirik” sədaları – Paşinyanın şok planı