Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 16-da Azərbaycana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Maka Boçorişvili Bakıda bir sıra görüşlər keçirəcək.

Bu görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər diqqət mərkəzində olacaq.

Gürcü nazir, həmçinin Azərbaycan ilə Gürcüstan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 10-cu iclasında iştirak edəcək.

ƏvvəlkiAİ Ukrayna və Moldovaya 148 milyon avroluq humanitar yardım ayırıb
NövbətiSOCAR Türkiyədə qazpaylayıcı şəbəkələrinin satışı ilə bağlı sövdələşməsini yekunlaşdırıb