Sentyabrın 3-də Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası keçiriləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, toplantıda baş nazir vəzifəsinə namizədin adı açıqlanacq.
Xatırladaq ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün istefa verib.
Qeyri-rəsmi məlumatlara əsasən, hökumət başçısı vəzifəsinə daxili işlər naziri Giorgi Qaxaria və regional inkişaf və infrastruktur naziri Maya Tskitişvilinin namizədlikləri nəzərdən keçirilir.