Türkiyə Azərbaycanla birlikdə TANAP-ı yaratdı. Həm Azərbaycan tərəfi, həm də biz işimizi davam etdiririk.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
“TANAP-ın tutumu ikiqat artacaq. Rusiya-Ukrayna müharibəsi bitəndə bu infrastruktur sərmayələri bizə qayıdacaq”, – deyə Kalın bildirib.
“Ən əsası Qara dənizdə özümüzün təbii qazımızı tapdıq. Bəlkə Aralıq dənizində də tapacağıq. Oradakı ehtiyat Türkiyəni enerji bazarında çox fərqli bir nöqtəyə aparacaq”, – Ərdoğanın sözçüsü əlavə edib.