Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, polkovnik Orucəliyev Mais Mirzəyar oğlu dünyasını dəyişib.
“Report”un Muğan bürosunun məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib.
Polkovnikin sabah doğulduğu Biləsuvar rayonunun İsmətli kəndində dəfn olunması gözlənilir.
Qeyd edək ki, o, Vətən müharibəsindən sonra “Qarabağ” ordeni ilə təltif edilib və bir ildən çox idi ki, ehtiyata çıxmışdı.