Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq Müdafiə nazirinin göstərişinə əsasən hərbi qulluqçular tərəfindən aidiyyəti şəxslərə və ailələrə ünvanlı yardımların çatdırılması davam edir.
Bu dəfə müxtəlif bölgələrimizdə yaşayan şəhid ailələri, müharibə veteranları, əlil və bəzi imkansız ailələrə zəruri ərzaq məhsulları təqdim edilib.
Bu kateqoriyadan olan ailələrə ünvanlı yardım edilməsi istiqamətində işlər davam etdirilir.