Dövlət əmlakı üzrə geniş seçim və rahat özəlləşdirmə imkanı hərraclarda iştirakçı fəallığını artırır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aprelin 12-də keçirilən hərracda da alıcı aktivliyi müşahidə olunub. Hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 43 sifariş qəbul olunub.
Dövlət Xidmətindən Trend-ə bildirilib ki, budəfəki hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı avtomobillər olub. Özəlləşdirilən avtomobillərin istehsal tarixi 1986-2007-ci illəri əhatə edib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3E3F0kH )
Qeyd edək ki, aprel ayı üzrə daha 4 hərrac keçiriləcək. Hərraclara kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikililər və nəqliyyat vasitələri çıxarılıb. Hər kəs xidmətin rəsmi saytından (emlak.gov.az) və ya özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.