İran prezidenti Həsən Ruhani ölkənin hava müdafiə sistemindəki çatışmazlıqların aradan qaldırılmasının vacibliyini bildirib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, dövlət başçısı Ukraynaya məxsus sərnişin təyyarəsini səhvən vurulması nəticəsində üz verən insan tələfatı ilə bağlı başsağlığı verib.
Bundan əvvəl prezident H.Ruhani “Twitter”dəki səhifəsində 176 günahsız insanın ölümünə səbəb olan Ukrayna təyyarəsinin qəzasına insan səhvinin gətirib çıxardığını açıqlamışdı.