Nüfuzlu “Haber Global” telekanalı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 19-ci ildönümü ilə bağlı süjet hazırlayıb.
“Report” xəbər verir ki, süjetdə ulu öndərin vəfatının 18-ci ildönümündə yalnız Azərbaycanda deyil, Türkiyədə də böyük ehtiramla yad edildiyi vurğulanır. Qeyd edilir ki, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay tviter səhifəsində Azərbaycan xalqının ümummilli liderinin vəfatının 18-ci ildönümü ilə əlaqədar paylaşım edib. Eləcə də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı tviter səhifəsində paylaşım edib.
Süjetdə ulu öndərin xatirəsinin Türkiyənin İstanbul şəhərində də böyük ehtiramla anıldığı qeyd olunur. Anım tədbirində Azərbaycan və Türkiyənin rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda ulu öndərin Azərbaycan dövlət və xalqı qarşısındakı xidmətlərindən bəhs edilib. Onun müasir Azərbaycan dövlətinin memarı olduğu vurğulanıb.
Eyni zamanda Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.