Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib

Azərbaycanın üçqat dünya və üçqat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib.

“Report”un məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu barədə müvafiq əmr imzalayıb.

Bundan əlavə, DSX rəisinin digər əmri ilə Firdovsi Umudova polkovnik rütbəsi verilib.

Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc, Tokio-2020 olimpiadasının gümüş mükafatçısıdır.

ƏvvəlkiAzərbaycan nümayəndə heyəti Bolqarıstanda keçirilən beynəlxalq konfransda iştirak edib
NövbətiDİN blogerin saxlanılması ilə bağlı məlumat yayıb