Bu qədər azarkeşin önündə qələbə qazandığım üçün çox sevincliyəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, onun qazandığı üçüncü Olimpiya lisenziyasıdır. “Bu gün əldə etdiyim uğur idman karyeramda ən vacib hadisə oldu. Parisdə qızıl medal qazanmaq niyyətindəyəm. Dizlərimin zədəli olmasına baxmayaraq, sonadək güləşdim. Əslində, öz çıxışımdan çox da razı qalmadım, daha artığını edə bilərdim. Zədə hər idmançı üçün böyük problemdir. Əsas odur ki, qələbə qazana bildim”, – deyə o əlavə edib.