Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.
Bu barədə AZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
“Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”, – deyə ilahiyyatçının rəsmi feysbuk səhifəsində bildirilib.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.