Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə,Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam
edir.

Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan  ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 281 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Hacıqabul stansiyasında  11 ədəd yeni yoldəyişən qurğu quraşdırılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.

Əvvəlki“Bakcell”in baş icraçı direktoru Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürətini nazirə təqdim edib
Növbəti“WhatsApp”da Fondun adından yayılan mesajları açmayın! – Xəbərdarlıq