Avropa İttifaqında Azərbaycanı vacib tərəfdaş hesab edirik. İttifaq bu münasibətlərə hörmətlə yanaşır və istərdik ki, bu əməkdaşlıq daha da inkişaf etsin.
AZƏRTAC xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinq zamanı deyib.
Azərbaycanın Avropanın enerji təchizatında çox önəmli rol oynadığını deyən belçikalı nazir, həmçinin Ukraynaya yardım mövzusunda Azərbaycana xüsusi olaraq təşəkkür edib.